Qurban Qurbanov təsdiqlədi: “Qarabağ”da ayrılıq

Uzun müddətdi “Qarabağ”da çıxış edən Ansi Aqolli karyerasını ABŞ-da davam etdirəcək.

Yenicag.az xəbər verir ki, o, “Nyu-York Kosmos” klubundan təklif alıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da xəbəri təsdiqləyib. O, albaniyalı futbolçunun ailəsinin ABŞ-da yaşadığını xatırladaraq, kluba gələn təklifi dəyərləndirəcəklərini bildirib.

Emin Səfərov