Qurban Qurbanovdan Elvin Yunuszadəyə daha bir cəza

Azərbaycan millisinin heyətindən kənarlaşdırılan “Qarabağ”ın futbolçusu Elvin Yunuszadəyə daha bir cəza verilib.

Yenicag.az xəbər verir ki, o, Ağdam klubunun əvəzedici heyətinə göndərilib.

Bu barədə millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 46 yaşlı mütəxəssis bildirib ki, bu, Elvin Yunuszadənin nizam-intizamı pozduğu ilk hal deyil.

Qeyd edək ki, Elvin Yunuszadə və Araz Abdullayev ötən gün Azərbaycan millisinin Belarus yığması ilə yoldaşlıq oyunundan öncə təşkil olunmuş toplantıya gecikmələri səbəbindən cəzalandırılmışdı. Bu gün isə Qurbanov Elvini həm millinin heyətindən kənarlaşdırıb, həm də “Qarabağ”ın əsas komandasından. Böyük ehtimalla o, bir müddət Ağdam klubunun əvəzedici heyəti ilə məşq etməli olacaq.