Qurban Qurbanovdan Portuqaliya klubunun futbolçusuna dəvət

Portuqaliyanın “Eştoril” klubunun hücumçusu Renat Dadaşov millimizə dəvət alıb.

Yenicag.az-ın xəbərinə görə, 19 yaşlı forvard yığmamızın heyətində UEFA Millətlər Liqasında çıxış etmək şansı qazanıb.

Qeyd edək ki, millimiz sentyabrın 7-də evdə Kosovo, ayın 10-da isə səfərdə Malta ilə qarşılaşacaq.