“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.
Yenicag.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 26-cı turunun “Zirə” ilə səfər oyununa təsadüf edib.
2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.
Qeyd edək ki, Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.