Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”

“Bir az futboldan anlayışı olanlar, bir çox futbolu bilən futbol mütəxəssisləri və dərin futbol azarkeşləri bilirlər ki, bu məğlubiyyət səbəbindən istefaya çağırmaq düzgün yol deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ”ın avrokuboklarda məğlubiyyətləri səbəbindən bəzi azarkeşlərin Qurban Qurbanovu istefaya çağırması barədə danışan futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, Qurban Qurbanovu istefaya çağıran azarkeş kütləsi və qrupu futbolun içindən, incəliyindən uzaq olan insanlardır:

“Hesab edirəm ki, bunu normal qəbul etmək lazımdır. Əslində, hər bir zümrədən olan azarkeş kütləsi var ki, klubu tənqid də edə, istefaya da çağıra bilərlər. Düşünürəm ki, futbolun içində olmayan bir azarkeş kimi onlar düşünürlər ki, avrokuboklarda bu qədər məğlubiyyət sonrası istefa verilməlidir. Ona görə də o azarkeşlər belə çağırış ediblər. Hesab edirəm ki, onların sayı o qədər də çox deyil. Çox az bir kütlə var ki, Qurbanovu istefaya çağırıb. Onların da futboldan başı çıxmır. Amma bir az futboldan anlayışı olanlar, bir çox futbolu bilən futbol mütəxəssisləri və dərin futbol azarkeşləri bilirlər ki, bu məğlubiyyət səbəbindən istefaya çağırmaq düzgün yol deyil”.

A.Kərimov onu da qeyd edib ki, əslində, bu məşqçi üçün də normal bir hal olmalıdır:

“Bunu çox da daxilə qəbul etmək də doğru deyil. Düşünürəm ki, bunun arxasında pərdəarxası oyunlar yoxdur, çünki çağırışa səsləyənlər futbola o qədər də dərin baxmırlar. Çünki “Qarabağ” hər zaman qalib gələndə bütün kütləyə qoşulub azarkeşlik edən bir tərəfdar birdən-birə məğlubiyyətlər olduqda da belə çağırışlar edə bilir. Başa düşmək lazımdır ki, onlar bunu bilmədən edir. Elə bilirlər ki, qələbə qazanırsansa, olmalısan, qazanmırsansa, gərək, getməlisən. Məğlubiyyət də bu işin içində normal bir prosesdir. Bunu futbolu yaxından bilən şəxslər başa düşə bilər”.

İsmayıl Bakuvi

COP29