Futbol üzrə Azərbaycan millisi daha bir yoldaşlıq matçı keçirəcək.
Yenicag.az xəbər verir ki, yığmamız Qurban Qurbanovun rəhbərliyi ilə Moldova millisi ilə qarşılaşacaq.
Qarşılaşma yanvarın 30-da Türkiyənin Antalya şəhərində baş tutacaq.
Qeyd edək ki, millimiz fevralın 2-də də Gürcüstan yığması ilə üz-üzə gələcək.