Qurban Qurbanovun oğlu 2 qol vurdu

musa_qurbanovAzərbaycan U-13 liqasında növbəti turun oyunları keçirilib

Turun maraqlı qarşılaşması “Neftçi” ilə “Qarabağ” arasında olub. Oyun 4:0 hesabı ilə “Neftçi”nin qələbəsi ilə başa çatıb.

Bu matçda qollardan ikisini “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Neftçi”nin U-13 komandasında oynayan oğlu, hücumçu Musa Qurbanlı vurub.

(milli.az)