!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanovun oğlu millimizin kapitanı təyin olundu - FOTO

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 16 yaşadək futbolçulardan ibarət yığmamızın kapitanı təyin olunub.

Yenicag.az xəbər verir ki, “Qarabağ”da çıxış edən forvard Azərbaycan millisinin Bosniya və Hersoqovinada təşkil olunan UEFA İnkişaf turnirində Xorvatiya kollektivi ilə görüşündə kapitan sarğısı ilə meydana çıxıb. Bu, Qurban Qurbanovun 46 yaşının tamam olduğu günə təsadüf edib.

Matç xorvatiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azər Məmmədovun baş məşqçisi olduğu komanda ilk görüşdə Makedoniya yığmasına 2 cavabsız qolla uduzmuşdu.

www.yenicag.az

2059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv