Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Qurban Qurbanovun qələbə şərhi

Reklam: Sinerji Pro

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” II təsnifat mərhələsinin cavab matçında Gürcüstan “Samtredia”sına 1:0 hesabı ilə qalib gəlib.

Yenicag.az xəbər verir ki, növbəti mərhələyə adlayan ağdamlıların baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra qələbəni şərh edib.

“Oyunun ağır olacağını bilirdik. İlk oyunda 5:0 hesabı ilə qalib gılmıyimizə baxmayaraq, “Samtredia” təslim olmaq istəmirdi. Hava həddən artıq isti idi. Bu baxımdan komanda üçün oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, oyunçuların intizamından razı qaldım. Düzgün müdafiə olunmağa çalışırdılar. Bir qədər top itkilərimiz çox oldu. Amma futbolçularımın hər birindən razı qaldım. Nəticə üçün maksimumunu etdilər. Rəqib komandanın oyunçularına da təşəkkür düşür ki, ilk oyundakı böyük hesablı məğlubiyyətdən sonra xarakter, istək göstərdilər. Məncə, “Samtredia” yaxın zamanda Gürcüstanın ən güclü komandalarından biri olacaq və uğurlarını görəcəyik” deyə, təcrübəli mütəxəssis bildirib.

Qurbanov “Kukesi”, yoxsa “Şerif” sualına isə belə cavab verib: “Hansı layiqdisə, o da qələbə qazansın. Biz sadəcə, rəqibimizi gözləyirik”.

Yenicag.az

www.yenicag.az

354
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM