!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“#QURBANOLDUĞUM” – “A-dan Z-yə Aqil Ələsgərlə” – II sezon/II Buraxılış – VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda ikinci buraxışı ilə görüşünüzə gəlib.

Qarabağda yaşananlar fonunda Ali Baş Komandan İlham Əliyevin yüksələn nüfuzu, zəfər istəyən xalqın istəyi kimi məsələlərə Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Videonu təqdim edirik:

Bu dəfə çox qısa, sadəcə və sadəcə bir liderdən danışmaq istəyirəm. Tam 30 il sonra bizi qələbə hissi ilə tanış edən, o hissi ciyərlərimizin dərinliklərinə qədər çəkərək yaşadan, bundan sonrası üçün işğal günlərini qeyd edərək millət olaraq əzilməkdən qurtaran liderdən. Mən qurbanolduğum, bir başqa həmkarım iki gözümün çiçəyi, digəri başımızın tacı deyir.

Hər kəs əzizləyir. Hər kəs üçün artıq o milli qəhrəmandır. Hər kəs üçün gəlmiş və gələcək ən böyük sərkərdə, ali baş komandan və liderdir. Prezidentlərin dördüncüsü olsa da, son bir ayda qazandığı duaları, alqışları nəinki heç bir prezident, heç bir rəhbər qazanmayıb.
İqtidarlı-müxalifətli hər kəs onun arxasında, hər kəs onun əmrindədir. Hər kəs ağzından çıxacaq sözləri gözləyir. Bu gün ona qarşı çıxmaq Azərbaycana qarşı çıxmaqdır. Bu gün ona etiraz xalqın iradəsinə etirazdır. Necə ki, rəzil novar tayfasına bu gün ən layiqli cavabı elə müxalif düşərgə verir. Qəribə və maraqlı situasiya yaranıb. Ən barışmaz müxalifləri belə otuz ildə onunla bağlı başlarına güllə sıxsan deməyəcəkləri tərifləri ard-arda səsləndirir, başqa vaxt biz ona “mənim prezidentim” deyə müraciət edəndə ağız əyənlər ondan elə sevgiylə danışırlar ki, həsəd aparırsan. Və hamısı səmimidir. Hər kəs öz yaşına uyğun olaraq onu ata, baba, qardaş, övlad olaraq görür. Dövlət baba deyiləndə artıq qeyd-şərtsiz o ağıla gəlir.

Mənasız danışan dostuna bir vaxtlar “Aztv” deyənlər bu günlərdə onun aztv-dəki çıxışlarını həsrətlə gözləyir, anons veriləndən sonra reklamı belə qaçırtmırlar ki, qurbanolduğumun verəcəyi şad xəbərdən anında xəbərdar olsunlar.

Etdiyi jestlər, əl hərəkətləri, replikaları dillərdədir. Özünün də dediyi kimi xalq onu gözləyir, xalq ondan gözləyir. Necə ki, Azərbaycanın müstəqilliyinin qorunması üçün hər kəs atasını gözləyirdi, bu gün Azərbaycanı o atanın övladı birləşdirir. Hər gün canlı xəritələrdə nə qədər irəli getdiyimizi izləyirik. Bir ay əvvələ qədər sadəcə, Şuşa, Ağdam, Füzuli, Xankəndi, Zəngilan, Qubadlı, Kəlbəcər, Xocavənd, Laçın və Cəbrayılın adlarını bilirdiksə, bu gün sayəsində o rayonların kənd adlarını əzbərləyirik. Məsələn, Cocuq Mərcanlı adını Lələtəpə ilə ilk o yadımıza salmışdı. Bu gün Böyük və Yuxarı Cocuq Mərcanlıdan da, bir neçə Əbdürrəhmanlı və Qərvəndin olduğundan da, Madagizin əsl adının Suqovuşan olmasından da qurbanolduğumun sayəsində xəbər tutduq və tutmağa da davam edirik.

Və bütün bunları edərkən, necə böyük təzyiqlərlə üz-üzə qaldığını da bilməyən yoxdur. O təzyiqlər qarşısında sinəsini sipər edib, “mən varam və mən belə istəyirəm” deyərək Azərbaycan üçün çalışır. Və mübarizənin bütün cəbhələrində o var. Tvit gözləyirik, tv-dən gəlir, tv-dən gözləyirik tvit gəlir. Ordumuz qədər gərgin və əzmlə çalışır. Çünki təkcə Azərbaycan deyil, dünya tarixini yenidən yazır. Son yüz ildə Nuru Paşanın Azərbaycan Xalq Cümhuriyyəti könüllüləri ilə birlikdə Bakının xilası xaricində heç bir zəfəri olmayan xalq üçün həm də zəfər tarixi. İkinci dünya savaşını o dəqiqə araya soxuşdurmayın, orada çujoy getmişik. Qarabağın işğalı müstəqilliyimizi belə ürəklə qeyd etməyimizə imkan verməmişdi. Onun üçün indi biran öncə hər yeri almaq, otuz il yolunu həsrətlə gözlədiyimiz Lazımın tələsməsini istəyirik. Sayəsində daha böyük zəfərlər istəyər olduq, bir neçə ay öncə bunu xəyal belə etməzkən. Çünki bizim öz və mütləq zəfərimizin təminatıdır İlham Əliyev.

Bir əcnəbi ekspert hələ uzun illər öncə demişdi ki, İlham Əliyev nə edəcəyi hesablanması çətin bir liderdir. Bax bunun üçün də hesablamayacaq, hesablaşacaqsınız! Qarşınızda müzəffər ordunun ali baş komandanı, torpaqlarını şəhid qanı ilə sulayıb, təmizləyən qəhrəman xalqın prezidenti var!

Bu anları bizə yaşadan Rəbbimizə şükürlər olsun. Bu tarixi yazan rəşadətli ordumuza və adını dünya tarixinə otuz ildən bəri işğal olunan torpaqları geri alan sərkərdə kimi yazdıran İlham Heydəroğluna eşq olsun!

Yaşasın Azərbaycan Ordusu, Yaşasın Ali Baş Komandan!

www.yenicag.az

1161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv