Reklam: High Technic
hightechnic

Qurbanov 9 pillə irəlilədi, Qriqorçuk isə...

Reklam: High Technic

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı bəlli olub.

Yeniçağ.Az-ın məlumatına görə, siyahını “World Coach Ranking” saytı təqdim edib. Siyahıda Azərbaycandan da iki məşqçi – “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb. Ötən cədvəldə 443-cü pillədə olan Qurban Qurbanov mövqeyini yaxşılaşdırıb. O, 9 pillə irəliləyərək aktivindəki 1361 xalla 434-cü yerdə qərarlaşıb. Qriqorçuk isə 11 pillə irəliləyib.

Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 612-cidir. Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində “Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır. Luis Enrike (“Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone (“Atletiko”, İspaniya) isə 3-cüdür. “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola isə 4-cüdür.

 

Yeniçağ.Az

www.yenicag.az

132