!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurbanov həm baxımlı futbol, həm də nəticə sözü verdi

!Reklam – Yazi

Sabah Qazaxıstan millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

Yenicag.az xəbər verir ki, yığmamızın çalışdırıcısı bunları söyləyib:

“Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol sərgiləyirlər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq. Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq. Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik”.

Milli komandamızın üzvləri də Qazaxıstanla oyundan öncə açıqlama veriblər:

Emin Mahmudov: “Oyuna yaxşı hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Çünki rəqib də güclü komandadı. Yaxşı oyun göstərmək üçün hazırlaşmışıq. Hər məşq oyunumuzu müsbətə doğru dəyişir. Bir sözlə, maraqlı oyun olacağını düşünürəm”.

Ruslan Abışov: “Bizi Qırğızıstanla oyundan sonra daha ciddi rəqiblə qarşılaşma gözləyir. Son oyunlarına da baxanda görürük ki, baxımlı futbol sərgiləyirlər. Rəqib çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir. Sabah yaxşı mübarizə aparıb, qələbə qazanmaq istəyirik”.

Ürfan Abbasov: “Oyuna ciddi hazırlaşmışıq. Sabahkı oyunda qələbə qazanmaq isətiyirik. Qırğızıstan yığması ilə oyundan sonra komandanın psixoloji vəziyyəti yaxşıdı. Bu vəziyyəti davam etdirmək istəyirik. Qazaxıstandan Latviyaya uğurlu nəticə ilə gedib, orda da yaxşı oynamaq fikrindəyik”.

Qara Qarayev: “Ardıcıl ikinci yoldaşlıq oyunumuzdu. Bu oyunlar bizim üçün çox vacibdi. Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq və komandanın özünəinamı artsın”.

www.yenicag.az

1314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv