!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurbanov məğlubiyyəti şərh etdi: "Bilsəm ki, futbola nifrət edəcəm..."  

!Reklam – Yazi

Yoldaşlıq görüşündə Belrus yığması ilə qarşılaşan Azərbaycan millisi rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Yenicag.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransına qatılan seçməmizin baş məşqçisi Qurban Qurbanov əvvəlcə oyun barədə fikirlərini açqlayıb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

“Məğlub olmaq istəməzdik. Məğlubiyyətlə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Oyundan razı qaldım. Rəqib müdafiədən çıxış edirdi. Evdə ilk oyunumuz idi. Futbolçularım çox istəkli idilər. Məğlub olmaq istəmirdilər. Qarşıdakı oyunlar çox ağır olacaq. Rəqiblərimiz bundan da çox müdafiə olunacaq, daha çox əks-hücuma üstünlük verəcəklər”.

– Elvin Yunuszadə və Araz Abdullayevin yoxluğunun səbəbi nədi?
– Futbolda xətalar olur. Onlar səhvə yol verdiklərinə görə, bu gün “18”-liyə salmadım.

– Sizin rəhbərliyiniz altında ilk dəfə meydana çıxan futbolçular oldu. Onlardan razı qaldız?
– Bəli, hamısının çıxışından razı qaldım. Onlara nə tapşırmışdımsa, yerinə yetirdilər.

– Oyundan razı qaldığınızı dediz. Bəs nədən narazı qaldız?
– İlk növbədə nəticədən narazı qaldım, daha sonra isə təkbətək mübarizələrdə bərk oynamalıyıq. Müdafiədən oynayan komanda ilə təkbətək mübarizələrdə daha diqqətli olmalıyıq. Bunun üzərində çalışacağıq.

– Arazla Elvinin xətası onların Antalyaya aparılmasına mane olacaq?
– Ola bilsin, biri getdi, biri yox. O qədər də ciddi xəta deyildi. Otelə getdikdən sonra tam qərar verəcəm.

– Futbolçularımız bu gün hücuma çox da həvəsli deyildilər.
– Müdafiə futbolu oynamadıq. Məsələn, 85-ci dəqiqədə futbolçulara küncdən zərbəni o cür yerinə yetirməyi tapşırmamışdım. Bu gün müdafiə futbolu oynadığımızı düşünmürəm. Hətta qapıçı meydançasına kimi topla rahat gedirdik. Rəqib də yaxşı müdafiə olunurdu.

– U-21 millimizin Kosovo ilə oyununu izlədiz?
– Bəli, oyunu canlı izlədim. Açığı oyundan razı qaldım. Kənardan bir qədər fərqli görünə bilər. Məşqçinin istədiyi yerinə yetiriləndə, biz razı qalırıq. Hava şəraiti də yaxşı deyildi. Ancaq matçda oyun intizamını gördüm. Bəzi təkbətək mübarizələrdə məğlub olurdular. Lakin oyun intizamı var idi. Futbolçular topsuz vəziyyətlərdə də nə etməli olduqlarını bilirdilər. İnşallah, hər şey yaxşılığa doğru gedəcək.

– Siz həm də İcraiyyə Komitəsinin üzvüsüz. Gələcəkdə bölgələrdə akademiyaların yaradılması məsələsini komitənin iclaslarında müzakirəyə çıxaracaqsız?
– Bölgələrə diqqət ayrılır. Əlbəttə, buna daha çox diqqət ayrılmalıdı. İcraiyyə Komitəsində bu məsələni qaldırıb-qaldırmayacağımı deyə bilmərəm. Ancaq orda həmişə Azərbaycan futbolunun gələcəyi ilə bağlı diskusiyalar olur.

– Yığmada Rəşad Sadıqova əvəzləyici axtarırsız?
– Bu gün Rəşad hələ oynayır. Hər bir məşqçi istəyər ki, komandasında Rəşad kimi futbolçusu olsun. Futbolçu kimi hələ çıxış etdiyindən, onun yerinə əvəzləyici axtarıram deməyim düz olmazdı. Ola bilsin, sabah lazım olsa, Rəşadı milliyə geri qaytaracağıq. Futboldu, zədələr, cəzalar olur. Hər şey mümkündü.

– Milli nə vaxt müdafiədən hücuma çıxmağı öyrənəcək?
– Biz həmişə çalışmışıq ki, müdafiədən hücuma rahat keçək. Top rəqibin cərimə meydançasına gedib çıxırsa, bu, müdafiədən hücuma çıxmaq deməkdi.

– Rəşad Sadıqovun çox yüklənməsi uğursuzluğa səbəb ola bilər. Bu barədə nə deyə bilərsiz?
– Hər lider elə-belə olmur. O, öz işinə çox diqqət ayırırsa, ldier olur. Biz bilsək ki, Rəşadın buna gücü çatmayacaq, ondan bunu tələb etməzdik. Uğursuzluqdan qorxsaq, bura gəlməzdik. Heç bir lider ancaq uğur barədə düşünmür. O, uğursuzluğu da göz önünə gətirir. İdmandı, uğur da olar, uğursuzluq da. Bilsəm ki, nədənsə qorxacam, futbola nifrət edəcəm, bu işlə məşğul olmaram. 4-5 il uğur qazanırıq, sonra uğursuzluqla üzləşiriksə və etimadı ititiriksə, işləməyə dəyməz.

– Birinci hissədə cərimə zərbəsi ev tapşırığı idi. Amma sonra bunu görmədik…
– İkinci də həmin mövqedə olmuşdu. Bunu təkrarlasaydıq, biləcəkdilər. Bəzi ev tapşırıqlarını etməyə çalışırıq. Amma hamısını bir oyunda göstərmək istəmirik. Məşqlərdə 3-4 ev tapşırığı üzərində çalışırıq ki, əsas turnirlərdə tətbiq edək.

www.yenicag.az

2769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv