Qurbanqulu Berdiməhəmmədov özünə dəbdəbəli məqbərə tikdirir – FOTO

Türkmənistanın keçmiş prezidenti, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov özünə dəbdəbəli məqbərə inşa etdirir.

Yenicag.az xəbər verir ki, bu barədə turkmen.news-a etibarlı mənbə məlumat verib.

Bildirilir ki, məqbərə Arkadağ şəhərində tikilir. Məqbərə şəhərdə inşa olunan məscidin yanında yerləşəcək.

Məscid 400 milyon dollardan baha başa gələcək. Məqbərənin xərci isə bəlli deyil.

COP29