Quru otluq sahədə baş vermiş yanğın söndürüldü

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğınsöndürmə işlərinə “Azərbaycan Dəmir Yolları” QSC-nin yanğınsöndürmə qatarı da cəlb olunub.

Əlavə məlumat veriləcək.