!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quru sərhədlərin açılması Azərbaycan turizminə nə qazandıracaq? - AÇIQLAMA

!Reklam – Yazi

Ötən günlərdə Gürcüstan mətbuatında may ayından etibarən quru sərhədlərin açılacağı ilə bağlı xəbər yayıldı. Baş nazirin müavini, Operativ Qərargahın üzvü Şahin Mustafayev açıqlama verdi ki, hələ müvafiq qərar verilməyib. Ümumiyyətlə, 2 ildir ki, quru sərhədləri bağlıdır.

Bildiyimiz kimi, Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi bölgələrdən biri də Gürcüstandır.

Quru sərhədlər açılsa, bunun turizmə hansı mənfi və ya müsbət cəhətləri olacaq?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, quru sərhədlərin açılmasının Azərbaycan turizminə köklü xeyri var:

“Biz neçə il arxa-arxaya Gürcüstana avtobus turları təşkil etmişik. Xeyli sayda turist iştirak edib. Orada vətəndaşlarımız həm münasib qiymətə alış-veriş edir, həm də gözəl yerləri gəzirlər.

Bundan əlavə, Zaqafqaziya turları da olur. Yəni xaricdən gələn vətəndaşlar birinci Gürcüstana gəlir, ordan da avtobusla Azərbaycana keçir. Bu proses ölkəmizə xeyli sayda turist gətirir.

Quru sərhədlərin açılmasını biz çoxdan gözləyirik”.

Şahanə Paşa

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv