“Bu gün hər bir Azərbaycan ziyalısı məhz minatəmizləyən funksiyasını yerinə yetirməlidir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri deputat Hikmət Babaoğlu Milli Məclisin iclasında bildirib.
O bildirib ki, Azərbaycan həm də informasiya minaları, ideoloji minalarla qarşılaşır: “Bu gün bir daha aydın oldu ki, cəmisi 1 neçə gün bundan əvvəl Operativ Qərargah nəyə görə quru sərhədlərin bağlı qalması ilə bağlı qərar verdi. Biz bu gün ideoloji minaların təmizlənməsinə səfərbər olmalıyıq”.