“Ölkə rəhbərliyində və YAP-da təmsil olunan bir sıra fiqurlar barəsində çox ciddi qərarlar qəbul ediləcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-nə təyin olunmuş növbədənkənar qurultayında qəbul ediləcək mümkün qərarları dəyərləndirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev səsləndirib.
Arif Əliyev qeyd edib ki, YAP-ın qurultayında partiyadan kənarlaşdırmaların olacağı qaçılmazdır:
“Pqurultayda ilk növbədə kadr məsələlərinə diqqət yetiriləcəyini deyə bilərəm. Məntiqə görə, partiyadan kənarlaşdırmalar olacaq. Ölkə rəhbərliyində və YAP-da təmsil olunan bir sıra fiqurlar barəsində çox ciddi qərarlar qəbul ediləcək.
Çünki uzun müddətdir, ölkədə müəyyən dəyişikliklər gedir, vəzifədən uzaqlaşdırılan şəxslər var. Yəqin ki qurultayda çox mənfi imicə malik YAP-çıların da məsələsinə baxılacaq.
Eyni zamanda, qurultayda Qarabağ işğaldan azad olunduqdan sonra ölkədə baş verən dəyişikliklərlə bağlı müəyyən müzakirələr də aparıla bilər”.
Aqil Bəkir