Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qurumların səriştəsiz fəaliyyətindən əziyyət çəkən ŞAGİRDLƏR: "Valideyn şikayətləri çoxalır"

“Uşaq xəstələnəndə aidiyyatı qurumlar müalicə üçün valideynə ödəniş etmir”.

Bu sözləri Təhsil Nazirliyinin ölkə ərazisində məktəblərin istiliklə təmin olunduğunu bildirsə də, valideynlərin bununla razılaşmaması və uşaqlarının soyuq sinif otaqlarında oturmasından şikayətçi olmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, aidiyyatı qurumların üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi vətəndaşlara əlavə çətinlik yaradır:

“Təhsil Nazirliyinin qeyd etdiyinə görə, noyabrın 1-dən dağlıq və dağətəyi rayonlarda, noyabrın 15-dən isə şəhər məktəblərində istilik sisteminin təminatı həyata keçirilib. Təəssüf ki, bu açıqlama həqiqəti əks etdirmir. Valideyn şikayətləri həddindən artıq çoxdur. Demək olar ki, məktəblərin heç biri istiliklə təmin olunmayıb. Burada Təhsil Nazirliyi ilə yanaşı, “AzərİstilikTəchizat” da günahkardır. Eyni zamanda “Azəriqaz”a olan borcun ödənməməsi məlum problemlərin yaranmasına səbəb olur. Problemin çətinliyini isə şagirdlər və valideynlər yaşayır. Uşaq xəstələnəndə aidiyyatı qurumlar müalicə üçün valideynə ödəniş etmir. Əgər aidiyyatı qurumlar mövcud problemlərin qarşısını almaq üçün tədbirlər görmürsə, bu halda qurunların səriştəsiz fəaliyyəti ilə bağlı Nazirlər Kabineti və dövlət başçısına şikayət olunmalıdır. Təhsil Nazirliyi istilik verilməyən məktəblərlə bağlı qaynar xəttə müraciət olunmasını bildirib. Fikrimcə, bu cür Sovet dövründən qalmış qayda aradan qaldırılmalıdır. Oktyabrın 1-dən etibarən bütün məktəblərdə istilik təmin edilməli, mart ayının sonunda isə dayandırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

194
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100