Quş qırıcıyla toqquşub, iki milyon ziyana saldı

Yaponiyanın İvakuni aviabazasında ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub.

Yenicag.az-ın məlumatına görə, insidentdən dərhal sonra pilotlar uçuşu dayandırıb və bazaya qayıdıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Təyyarəyə azı 2 milyon dollar məbləğində ziyan dəydiyi deyilir.

COP29