!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quş qripi ilə bağlı 40-dan çox ölkəyə MƏHDUDİYYƏT tətbiq edildi - SİYAHI

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi ilə bağlı 40-dan çox ölkəyə məhdudiyyət tətbiq edib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) “Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)” vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam edib, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.

Hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir.

Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.

Dünya ölkələri üzrə məlumat aşağıdakı cədvəldə təqdim olunur:

S/s Ölkə adı Xəstəlik ocaqlarının sayı
1 Fransa 677
2 Almaniya 523
3 Macarıstan 289
4 Cənubi Koreya 277
5 Polşa 248
6 Cənubi Afrika Respukası 146
7 Misir 123
8 Çin 119
9 İran İslam Respublikası 100
10 Vyetnam 98
11 Danimarka 95
12 İsveç 92
13 Rusiya Federasiyası 80
14 Niderland 79
15 Yaponiya 77
16 İngiltərə 76
17 Hindistan 38
18 İrlandiya 37
19 Estoniya 26
20 Belçika 25
21 Latviya 23
22 İsrail 21
23 İtaliya 19
24 Finlandiya 18
25 Norveç 14
26 Ukrayna 14
27 Litva 13
28 Qazaxıstan 12
29 Rumıniya 11
30 Çexiya 10
31 Bolqarıstan 9
32 Küveyt 9
33 Slovakiya 7
34 Amerika Birləşmiş Ştatları 6
35 İndoneziya 6
36 Nepal 6
37 Əlcəzair 5
38 Xorvatiya 5
39 Lesoto 5
40 Şotlandiya 4
41 Filippin 3
42 Şimali İrlandiya 3
43 Kamboca 3
44 Avstraliya 3
45 Şimali Koreya 3
46 Əfqanıstan 3
47 Yunanıstan 3
48 İraq 3
49 Uels 3
50 Laos 3
51 Mali 2
52 Səudiyyə Ərəbistanı 1
53 Nigeriya 1
54 Seneqal 1

2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı.

S/s Ölkə adı
1 Almaniya
2 Macarıstan
3 Cənubi Koreya
4 Çin
5 Danimarka
6 Polşa
7 Vyetnam
8 Rusiya Federasiyası
9 Niderland
9 Yaponiya
11 Hindistan
12 İran İslam Respublikası
13 İngiltərə
14 İrlandiya
15 Belçika
16 İsrail
17 İtaliya
18 Ukrayna
19 Fransa
20 Qazaxıstan
21 Rumıniya
22 Çexiya
23 Bolqarıstan
24 Slovakiya
25 İsveç
26 Amerika Birləşmiş Ştatları
27 Xorvatiya
28 Şotlandiya
29 Litva
30 Filippin
31 Şimali İrlandiya
32 İraq
33 Uels
34 Səudiyyə Ərəbistanı
35 Küveyt
36 Kamboca
37 Finlandiya
38 Estoniya
39 Əfqanısta
40 Nepal
41 Əlcəzair
42 Cənubi Afrika
43 Mali
44 Lesoto

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv