Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Quş qripi” ilə bağlı monitorinqin nəticələri açıqlandı

Fevral ayının 25-dən mart ayının 1-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli “quş qripi” xəstəliyi ilə bağlı növbəti monitorinqlər həyata keçirilib.

Agentlikdən Yenicag.az-a bildirilib ki, monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialları və qeyd edilən rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 240 baş müxtəlif növ ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün təhvil verilib.

Nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

www.yenicag.az

1149