Qusar sakininin qeyri-adi bacarığı-Fotolar

dfeb79895e1ffc4a9ed812ff8ad65781Qusar rayon sakini, 57 yaşlı Kazım Balakişiyev qeyri-adi bacarığa malikdir.

O, arının balını da, özünü də yeyə bilir.

K. Balakişiyev deyir ki, 15 ilə yaxındır, arıçılıqla məşğuldur. Arı yeməyə isə 7 ildir başlayıb.

Onun sözlərinə görə, dəfələrlə arı sancmasına baxmayaraq səhhətində heç bir problem yaranmayıb. O, bu bacarığı ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir, bunun üçün o 365 arını yeyə biləcəyini iddia edir.

Bununla belə, K. Balakişiyev digər şəxslərə arı yeməyi məsləhət görmür.