Novruz bayramı günü şimal bölgəsinə qar yağıb.
Yenicag.az-ın məlumatına, Qusarın Ləzə kəndində qarın hündürlüyü 28 sm-ə çatıb.
Qubanın Xınalıq kəndində isə qarın hündürlüyü 7 sm, Qrızda 8 sm, Xaltanda 4 sm-ə çatıb.
Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə düşüb./ONA/