Qusarda 12 yaşlı uşağı avtomobil vurdu

Qusar rayonunun Suvacal kənd sakini, 2011-ci il təvəllüdlü Əli Məmmədlini “Mercedes-Benz” markalı avtomobil vurub.

Yenicag.az-ın məlumatına görə, ağır kəllə-beyin travması alan uşaq dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olduğundan yaralı Bakı şəhərindəki xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır./Bizim.media