Qusarda 6 otaqlı ev külə döndü

20100609173654Qusar rayonunun Əcəxur kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 160 kv.m sahədə və yaxınlıqda olan 6 ton ot bağlamasının 2,5 tonu yanıb.

Yenicag.az xəbər verir ki, evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.