Qusarda 6 otaqlı evdə yanğın oldu

Qusar rayonunun Çiləgir kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 6 otaq mansardadan ibarət evin mansardasının yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.