!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qusarda itkin düşən ana və 7 yaşlı qızı tapıldı - YENİLƏNDİ

!Reklam – Yazi

Qusar rayonunda itkin düşən ana və azyaşlı qızı tapılıb.

Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Əskərova Sveta Arif qızının və 2011-ci il təvəllüdü qızı Əminə Əskərova Qusar ərazisində tapılaraq ailəsinə təhvil verilib.

***

Qusar rayonunda ana və azyaşlı qızı itkin düşüb.

Yenicag.az-ın məlumata görə, rayonun Xürel kəndində yaşayan Elmar Əskərov Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, həyat yoldaşı 26.03.1988-ci il təvəllüdlü Qusar Mərkəzi rayon Xəstəxanasının psixo-nevroloji dispanserində qeydiyyatda olan Əskərova Sveta Arif qızının və 2011-ci il təvəllüdü qızı Əminə Əskərova ilə birlikdə yaşadığı evdən çıxaraq itkin düşməsi barədə məlumat verib.

Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində ana və azyaşlı qızını tapmaq mümkün olmayıb.

Evdən çıxarkən S.Əskərovanın əynində qara rəngdə şalvar, yaşıl rəngdə uzunqol köynək, qızı Ə. Əskərovanın əynində isə göy rəngdə cins şalvar, qırmızı rəngdə uzunqol köynək və qırmızı rəngli idman ayaqqabısı olub.

Əskərova Sveta Arif qızının əlamətləri: boyu 160 sm, arıq bədən quruluşlu, yumru sifət, şabalıdı rəngdə saçları, gözlərinin rəngi qəhvəyidir.

Əskərova Əminə Elmar qızının əlamətləri: boyu 125 sm, arıq bədən quruluşlu, yumru sifət, şabalıdı rəngdə saçlı, gözlərinin rəngi qonur.

İtkin düşən ana və azyaşlı qızı barədə məlumatı olan şəxslərdən Qusar RPŞ-nə (023338) 5-28-03, 5-28-35, 5-43-19, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə məlumat verməsi xahiş olunur./APA/

www.yenicag.az

2900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv