Qusar rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.
Qusar şəhərində 27 yaşlıVəliyeva Sevil Yaşar qızı və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.
İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.(APA)