Qusarda avtomobil aşdı – Xəsarət alanlar var

Qusar rayonunun İmamqulu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, “Qaz-53” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri – 1970-ci il təvəllüdlü Osmanov Burzu Taciddin oğlu və 2005-ci il təvəllüdlü Osmanov Nəriman Burzu oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır./report