!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qusarda bələdiyyə özbaşınalığı - FOTOLAR

!Reklam – Yazi

Qusar rayonunda bələdiyyə sədri vətəndaşın həyətyanı sahəsini qeyri-qanuni yolla məhv edib.

Yenicag.az xəbər verir ki, Qusar rayonu Kuzun-qışlıq kənd sakini Cahangirov Zalidə məxsus torpaq sahəsini Qusar rayon Kuzun-qışlıq kənd bələdiyyəsinin sədri Abdullayev Elmar qeyri-qanuni olaraq 10 illik 30 ədəd fındıq kolunu, 2 ədəd tut ağacını, 10 ədəd gilas ağacını, 24 ədəd beton dirəyini “Belarus” markalı traktorda olan buldozerlə məhv edərək, ona 6 000 manatdan çox ziyan vurub.

Cahangirov Zalid bildirib ki, bələdiyyə sədri ona məxsus olan torpaq sahəsini mənimsəmək istəyir:

“Bələdiyyə sədri özünü kəndin ağası kimi aparır, elə hesab edir ki, onun dediyi olmalıdır. Torpaq sahəmi əlimdən almaq istəyirdi, razılaşmayanda oranı buldozerin qabağına verib məhv etdi”.

Məsələ ilə bağlı Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonları üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyev və müfəttişi İbnasibov Teymur hadisə yerində olub. Baş vermiş hadisə ilə bağlı akt tərtib edərək, baş nazir Artur Rəsizadəyə tədbir görməsi ilə bağlı müraciət edəcəklərini bildirib.

Baş vermiş hadisə ilə bağlı Kuzun-qışlıq kənd bələdiyyəsinin sədri Abdullayev Elmarla əlaqə saxlamağa çalışsaq da, bütün cəhdlərimiz boşa çıxıb.

Qarşı tərəfin fikrini yayımlamağa hazırıq.

Səxavət Məmməd

www.yenicag.az

3931
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv