Qusarda dağlıq ərazidə yanğın başladı

Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.