Qusarda dəhşətli qəza: Ölən və yaralananlar var

Qusar rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Yenicag.az-a verilən məlumata görə, hadisə avqustun 2-də rayonun Xuray kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.