Qusarda ev yandı: Bir nəfər faciəvi şəkildə öldü

Qusar şəhərində yaşayış evi yanıb, bir nəfər yanaraq ölüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.