Qusarda ev yandı

Qusar rayonununda 4 otaqlı evdə yanğın olub.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə  istinadən xəbər verir ki, Sar rayonunun Urva kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə, ikinci mərtəbəsində bir otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.