Qusarda ev yanıb

Qusarda yanğın olub.

Yenicag.az  FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evdə baş verib.

Nəticədə evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.