Qusarda evdə partlayış oldu – XƏSARƏT ALAN VAR

Qusar rayonunun Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evlərin birində partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Telnaz Hacımuradova yanıq xəsarətləri alıb.

O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.