Qusar rayonunda intihar hadisəsi qeydə alınıb.
1995-ci il təvəllüdlü Qusar rayonu Urva kənd sakini Bayramov Əliheydər Bəhruz oğlu müxtəlif bıçaq xəsarətlər ilə Qusar Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra o xəstəxanada kəskin qanaxmadan dünyasını dəyişib.
Qusar rayon Prokurorluğundan verilən məlumata görə, Əliheydər Bayramov özünə bıçaqla çoxsaylı xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
(apa.az)