Qusarda itkin düşən 51 yaşlı qadın hələ də tapılmayıb – FOTO

Qusar rayonunda 51 yaşlı qadın itkin düşüb.

Bu barədə Yenicag.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.