!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qusarda narkotacir qrupu saxlanıldı

!Reklam – Yazi

Qusar rayonunda narkotik alverçiləri saxlanılıb.

Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən üç şəxs saxlanılıb.

Araşdırmalarla onların Qusar şəhər sakini Mirzam Zamanov, əvvəllər məhkum olunmuş, rayonun Şirvanlı kənd sakini Xaliddin Səfibəyov və Quxuroba kənd sakini Rövşən Sədullayev olduqları müəyyən edilib. Saxlanılan zaman hər üç şəxsin üzərindən satış üçün hazırlanmış, kağız bükümlərdə və kibrit qutusunda narkotik maddələr olan marixuana aşkar olunub. Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək illərdir narkotik satışı ilə məşğul olduqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv