Qusarda taxıl sahəsi kül oldu

Qusar rayonunun Ləgərqışlaq kəndində 300 kiloqram ot bağlaması, 1,4 ha sahədə biçilmiş taxıl sahəsi və 3,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.