Quşçuluq sexində yanğın baş verdi

Şabran rayonunda ümumi sahəsi 1224 m² olan quşçuluq sexinin içərisində 54 ədəd plastik qab və yerə səpilən saman 450 m² sahədə yanıb.

Bu barədə Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb