Quşla toqquşan qırıcı qəzaya uğradı – İsveçdə

Bu gün səhər saatlarında İsveç Hərbi Hava Qüvvələrinə məxsus “Jas 39 Gripen” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qəzaya Bleking vilayətində F17 uçuş donanması yaxınlığında təyyarənin quşla toqquşması səbəb olub.

Meşə zonasına düşən təyyarənin pilotu heç bir xəsarət almayıb.