Quşla toqquşan sərnişin təyyarəsi qəza enişi etdi – Trabzonda

Tbilisi-İstanbul marşrutu üzrə uçan “Turkish Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Trabzonda qəza enişi edib.

Yenicag.az xəbər verir ki, buna təyyarənin havada quş ilə toqquşması səbəb olub.

İnsident zamanı zərərçəkən olmayıb.