Qüsursuz Nitq Korreksiya Mərkəzindən ilk – Kəkələməyə son qoyulur

Ölkəmizdə kəkələmə qüsurunun müalicəsi üzrə tanınan Qüsursuz Nitq Korreksiya Mərkəzi yenilikləri ilə insanlarımızı sevindirməyə davam

Mərkəz ən yeni proqramlar sayəsində artıq kəkələmə qüsurlu insanların tam müalicəsini həyata keçirə bilir. Qüsursuz Nitq Korreksiya Mərkəzinin və Kəkəmər Mərkəzinin direktoru, defektoloq loqoped Esmira Qafarova bildirir ki, Binural terapiya, Midvas shaping, Breath maker və Kinezi terapiya proqramlarının köməyi ilə artıq kəkələmə qüsurlu insanların tam müalicəsi mümkün olacaq.

Artıq Qüsursuz Nitq Korreksiya Mərkəzində qeyd edilən müalicə terapiya növlərinin tətbiqinə başlanılıb və kəkələmədən əziyyət çəkən xeyli sayda pasiyent sağalıb.

 

Esmira Qafarova Bineral, Midvas Shaping, Breath maker, Kinezi terapiyaları kəkəlmə müalicəsində ən son proqram növləri olduğunu və bu proqramların inkşaf etmiş ölkələrdə tətbiq edildiyini bildirir.

Binural terapsiya səs dalğasının terapiyasının ortaya çıxan bir formasıdır. İlk dəfə 1839-cu ildə Amerikada tətbiq olunmuş və zamanla təkmiləşdirilmişdir. Bineral terapiya ilə kəkələmə, autizm, depresiyalar, disleksiya, disfagiya və bir çox nitq qüsurunun korreksiyası mümkündür.

Kinezi terapiyasının kəkələmə və nitq qüsurunun müalicəsində çox böyük faydası var. Kəkələmədə kinezi terapiyasının məqsədi diafraqmalarının düzgün işləməsidi. Kəkələyən insanlarda ən çox yaranan problem nəfəs – diafraqmadı və kinezi terapiyasının sayəsində nəfəs yolları açılır, tonuz öz-özünə tam aktiv formada çalışmağa başlayır.

Breath maker proqramı sayəsində isə nəfəsin tənzimlənməsinə və nitqin blokda olan tərəfinin fəaliyyət göstərməsi həyata keçirilir. Proqram vasitəsi ilə nitqin tempi və dafraqma stabilləşir, insan öz nitqində olan qüsuru eşidir və tənzimləməyə çalışır. Bu proqramda nitqin səlistliyi, rəvanlığı və dafraqma əsasdır.

COP29