Qütbləşən dünyada liderlik DAVASI: Kim daha güclü olacaq?

“Qütbləşən dünyada kimin üstün olacağı səbrindən asılıdır”.

Bunu Yenicag.az-a açıqlamasında dünyada baş verən gərgin geosiyasi proseslərin perspektivlərindən danışan politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, öncə Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı hələ ki, heç bir əlamətin olmadığını nəzərə almaq lazımdır.
“İndiki dövrdə Qərb və Rusiyanın əsas məqsədi üstünlük qazanmaqdır. Yaxın Şərqdə baş verənləri də eyni nöqteyi-nəzərdən qiymətləndirmək olar. Qütbləşən dünyada kimin üstün olacağı isə səbrindən asılıdır. Bir sözlə uzun müddət bu mübarizənin şahidi olacağıq.
Hazırda Rusiya və Ukrayna arasında gedən müharibə sadalanan amillərin təzahürüdür. Burada isə qazanan yalnız Qərbdir. Nəticə çıxır ki, nə vaxt istəsə bu münaqişəni yalnız elə Qərb özü dayandıra bilər. Məqsəd isə bəllidir, güclü dövlətləri zəiflətmək və öz hegemonluğunu qorumaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29