Qütbləşən dünyada tətiklənən YENİ SAVAŞ: “NATO açıq-aşkar Rusiya ilə birbaşa müharibəyə getdiyini bəyan etdi”
“Hazırda sözügedən alyansın üzv dövlətləri arasında da həmrəylik yoxdur”.
Bunu gərginləşən NATO-Rusiya münasibətlərinin perspektivindən danışan politoloq Əlabbas Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, NATO-nun Vaşinqtonda keçirilən sammitində Rusiya-Ukrayna müharibəsini daha da dərinləşdirəcək qərarlar qəbul olunub:
“NATO Ukraynanın hava müdafiəsini nəzarətə götürərək, demək olar ki, açıq-aşkar Rusiya ilə birbaşa müharibəyə getdiyini bəyan etdi. Rusiyanın Ukraynada qələbə qazanmamasını istəyən Qərbin bu addımları gələcək prosesləri daha da gərginləşdirəcək.
Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırda sözügedən alyansın üzv dövlətləri arasında da həmrəylik yoxdur. Buna səbəb isə ABŞ-də keçirilməsi gözlənilən prezident seçkiləridir. Belə ki, keçmiş prezident Donald Tramp və Co Bayden arasındakı yanaşma ziddiyətləri buna təsir edən əsas amillərdəndir”.
Nəsimi Ələsgərli