Quterreş: Bütün dövlətlər terrorizmə qarşı mübarizədə birlikdə işləməlidirlər

BMT-nin baş katibi Antoniu Quterreş Tehranda baş verən terror aktından sonra bütün ölkələrin terrorizmə qarşı birgə mübarizə aparmağın zəruri olduğunu bildirib.

Yenicag.az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu haqda baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

S. Cüjarrikin sözlərinə görə BMT-nin baş katibi terror aktına cavabdeh olanları tezliklə ədalət mühakiməsinə cəlb olunacaqlarını gözləyir: “Bütün dövlətlər terrorizmə qarşı mübarizədə birlikdə işləməlidirlər, eyni zamanda dünya birliyinin dəyərlərini və universal hüquqları möhkəmləndirməlidirlər”.

Yenicag.az

COP29