Quterreş: “İsrail və Livan sərhədindəki gərginliklə bağlı xəbərlərdən narahatam”

BMT-nin Baş katibi Antonio Quterreş Livan və İsrail sərhədində gərginlikdən narahatlığını bildirib və Fələstin-İsrail münaqişəsinin bütün regiona yayılmasının qarşısını almağa çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Baş katib jurnalistlərə müsahibəsində deyib.

“Biz münaqişənin eskalasiyasından qaçmalıyıq. İsrail və Livan sərhədindəki gərginliklə bağlı xəbərlərdən narahatam”, – deyə Antonio Quterreş vurğulayıb./Azertag/