BMT-nin Baş katibi Antonio Quterreş bu gün Türkiyəyə səfər edəcək.
Yenicag.az xəbər verir ki, Quterreş səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüşdə Rusiyanın Ukraynaya hərbi təcavüzü müzakirə ediləcək, Türkiyənin vasitəçilik missiyası ilə bağlı fikir mübadiləsi aparılacaq.
Quterreş Türkiyədən sonra çərşənbə axşamı Rusiyaya səfər edərək ölkə prezidenti Vladimir Putinlə, cümə axşamı isə Ukraynaya gedərək Vladimir Zelenski ilə görüşəcək.
BMT Baş katibinin Rusiya və Ukraynaya səfərindən öncə Türkiyəyə gəlməsi sözügedən məsələdə rəsmi Ankaranın cəhdlərinin nəticə vəd etməsi və regional gücə çevrilməsi kimi dəyərləndirilir.